VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in azvision.az-a istinadən verdiyi məlumata görə, Bakı-Qazax magistral avtomobil yolunun 435-ci km-də Tovuz rayonu ərazisində "Mercedes” markalı minik avtomobili ilə "MAN” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində "Mercedes”in sürücüsü, Dövlət Gömrük Komitəsinin əməkdaşı, polkovnik-leytenant Kərimov Rafiq Baratəli oğlu həlak olub. Qəza zamanı xəsarət alan digər şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS