SİZİN REKLAM BURADA!
055 213 76 73



Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində, İranla sərhəddə bir neçə kilometr ərazidə asfalt yol sıradan çıxıb.

Ərazidə tıxac yaranıb, ölkənin cənub rayonlarından paytaxta gediş-gəliş çətinləşib.

BAKU.WS xəbər verir ki, bu barədə virtualaz.org-a sakinlər məlumat veriblər. “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, bu yol ötən əsrin 70-ci illərdən istismar olunur. Yolun dağılmasının əsas səbəbi isə burada ağır tonnajlı avtomobillərin hərəkət intensivliyidir.

Qurumun əməkdaşları hazırda yolun bu hissəsində bərpa işlərini həyata keçirirlər. Yolun bərpası bir aydan sonra tamamilə bərpa olunacaq. Bundan başqa, "Azəravtoyol"la paralel olaraq, "İpək yolu" layihəsi çərçivəsində də yolun tikintisi həyata keçirilir.

BAKU.WS