SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda avtobus sürücüsünü və sərnişinləri tapança ilə hədələyən Orxan Orucov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə (odlu silahdan, yaxud silaha bınzər əşyadan istifadə etməklə xuliqanlıq) fakta əsasən axtarılır.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, 29 yaşlı Bərdə rayon sakini Orxan Cəmil oğlu Orucov həmçinin bir neçə şəxsə müəyyən məbləğdə borcu olduğuna görə polis tərəfindən axtarılır.

Hazırda şübhəlinin yaxalanması üçün zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, avqustun 18-də saat 20 radələrində Binəqədi RPİ 7-ci Polis Bölməsinə zəng edən şəxs A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minmiş naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlməsini bildirib.

Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyən edilib.

BAKU.WS