SİZİN REKLAM BURADA!
055 213 76 73



2011-ci il pauerliftinq üzrə dünya çempionatının 120 kq dərəcəsində gümüş medalçısı, rusiyalı Andrey Draçovu dünən Xabarovsk şəhərində döyərək ölümünə səbəb olmuş azərbaycanlı MMA döyüşçüsü Anar Allahverənov saxlanılıb.

“Qovorit Moskva” radiostansiyası məlumat yayıb ki, polisin təşkil etdiyi genişmiqyaslı axtarış tədbirləri nəticəsində A.Draçovun qətlə yetirilməsində şübhəli bilinən şəxs tutulub. Azərbaycanlı idmançının hansı şəraitdə saxlanılması barədə məlumat verilmir.
Pauerliftinq üzrə dünya ikincisi, rusiyalı Andrey Draçov dünən Xabarovskda qətlə yetirilib.

32 yaşlı Andrey Draçov 2011-ci ildə pauerliftinq üzrə dünya çempionatında gümüş medal alıb. 2015-ci ildə Uzaq Şərq üzrə mütləq kateqoriyada birinci olub. 2017-ci ildə “Ekstremal bodibildinq” üzrə Primorye diyarının açıq çempionatının qalibi adını qazanıb.
Andrey Draçyovu öldürməkdə şübhəli bilinən şəxs Amursk şəhər sakini, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğludur.

virtualaz.org
BAKU.WS