055 213 76 73
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Lənkəran-Lerik yolunun 24-cü km-də "Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq, aşıb. Nəticədə iki nəfrə ölüb, iki nəfər yaralanıb. Ölənlərdən biri qadındır. Hadisədə xəsarət alan iki nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda zərərçəkənlərin kimliyi müəyyənləşdirilir. İlkin məlumata görə,qəzaya uğrayanlardan ikisi Lənkəran sakini, digər ikisi Rusiya vətəndaşıdır.
Fakt araşdırılır.
BAKU.WS