SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

BAKU.WS-in məlumatına görə, "Report"un Cənub bürosu xəbər verir ki, baş vermişağır yol-nəqliyyat hadisəsi zamanı 1-i azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb, daha 2 nəfər ölüb.

 

Məlumata görə, iribuynuzlu heyvan yolda hərəkətdə olan 90-UE-171dövlət seriyalı nişanlı, "VAZ-2107" markalı avtomobilin yoluna çıxıb. Avtomobilin sürücüsü bu zamannəqliyyat vasitəsinin hərəkət istiqamətini dəyişərəkqarşıdan gələn, Astara rayon Sərək kənd sakini, Süleymanov Rüstəm Tarif oğlunun idarə etdiyi 90-LE-868 dövlət seriya nişanlı,"Mercedes" markalı avtomobilinyoluna çıxıb. Nəticədə avtomobillər toqquşub.

 

Hadisə zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü və nəqliyyat vasitəsindəki daha bir sərnişin aldıqları xəsarətdən qəza yerindəölüblər. Qəza zamanı "Mercedes"in sürücüsüSüleymanov Rüstəm Tarif oğlu, 1986-cı il təvəllüdlü Sumqayıt şəhər sakiniHüseynova Solmaz Malik qızı, 1984-cü il təvəllüdlüSumqayıt şəhər sakiniMikayılovaİradə, Lənkəran sakiniƏlizadə Elmədddin Cabbar oğlu xəsarət alıblar. Yaralılar Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Qeyd edək ki, qəza zamanı şəxsiyyəti hələlik müəyyənləşdirilməyəndaha bir şəxs ağır xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

BAKU.WS