SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Dünən gecə Yasamal rayonunda keçirilən əməliyyat zamanı xüsusi xidmət orqanlarının əməkdaşları radikal islamçılarla əlaqəsi olduğu ehtimal olunan 42 nəfəri saxlayıblar.


BAKU.WS
-in virtualaz.org saytına Yasamal rayon Polis İdarəsindən məlumat veriblər.


Məlumata görə, əməliyyat M.Seyidov küçəsi 13 ünvanında yerləşən və Fərzəliyev soyadlı şəxsə məxsus "Fərqli lahmacun” kafe-çay evində keçirilib. Həmin vaxtda orada çoxlu insanın, o cümlədən həddi-buluğa çatmamış iki nəfərin iştirakı ilə dini xarakterli tədbir keçirilirmiş.


Saxlanılanlar Yasamal polisinə aparılıblar.


Əməliyyat zamanı hadisə yerindən çoxlu dini ədəbiyyat da götürülüb.


Ziya Səccad

BAKU.WS