VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Bakıda intihar hadisəsi baş verib.

Nizami rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Musayev Həzrət Əsədulla oğlu Nizami rayonu, Elşən Süleymanov küçəsi, məhəllə 2383-də 49 saylı binanın 10-cu mərtəbəsindən, 154 saylı mənzildən özünü atıb. H.Musayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Fakla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
 
BAKU.WS