SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Xaçmazda dənizdə çimərkən batan qadının cəsədi tapılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Xaçmaz rayonu, Nabran kəndində 1 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olub.
 
Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1993-cü il təvəllüdlü Əliyeva Oksananın cəsədini taparaq sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 12:50-də başa çatıb.

BAKU.WS