Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.
 
FHN-dən BAKU.WS-ə verilən məlumatda qeyd olunur ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonu ərazisində açıq ərazidə quru ot yanır.
 
Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğının söndürülməsi üçün işlər görülür. Əlavə məlumat veriləcək.
 
BAKU.WS


***16:32
 
Bakının Qaradağ rayonunda zavodlardan birində güclü yanğın başlayıb.

Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat veriblər.

Bildirilir ki, yanğın "İnter Glass” şüşə qablarının istehsalı zavodunda baş verib.

Qaradağ rayonu ərazisində yanğın hadisəsinin baş verdiyi Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiqlənib.

FHN-nin mətubat xidmətindən bildirilib ki, Qaradağ Dövlət yanğından Mühafizə Xidmətinə həmin ərazidə yanğın hadisəsinin baş verdiyi barədə məlumat daxil olub. Hadisə yerinə yanğınsöndürən briqadalar yollanıb. 
 
BAKU.WS