SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Avqustun 7-də Sumqayıtda qətl hadisəsi baş verib. 1982-ci il təvəllüdlü Sevda Bayramovanı şəhər sakini 29 yaşlı Fəttah Nuriyev zorlayıb və boğaraq öldürüb.

BAKU.WS xeberle.com-a istinadən xəbər verir ki, S.Bayramova Sumqayıt məktəblərinin birində direktor müavini işləyən şəxsin gəlini olub. Mərhumun Sumqayıtda məhəllələrin birində kirayə yaşadığı bildirilir.

S.Bayramova ailəli olub, 2 övladı qalıb.

Bildirilir ki, qadını qətlə yetirmiş 29 yaşlı Fəttah Nuriyev idmanla məşğul olub və hətta nəticələri də var. Onun Sumqayıtda 10 nömrəli məktəbdə məşq keçdiyi də yayılan məlumatlar sırasındadır. Məlumata əsasən, F.Nuriyev Sumqayıtda 3-cü mikrorayonda yaşayıb və 1 azyaşlı övladı var.
 
BAKU.WS