VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Daxili İşlər Nazirliyi (DİN) velosipedçilərin vurulması hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

BAKU.WS nazirliyin saytına xəbər verir ki, avqustun 8-də saat 22 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Nicat Quliyev idarə etdiyi KİA markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən paytaxt sakinləri Akif Abdullayevi və Fidan Rəhimovanı vurub, idarəetməni itirdiyindən eyni istiqamətdə hərəkətdə olan Ceyhun Bəylərovun idarə etdiyi BMW markalı avtomobillə toqquşub. Nəticədə A.Abdullayev hadisə yerində ölüb, F.Rəhimovaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
 
BAKU.WS