SİZİN REKLAM BURADA!
055 213 76 73


 


 

Bakıda yol polisi xəstə sərnişini ölümdən xilas edib. Hadisə Sabunçu rayonunda baş verib.


Belə ki, yol patrul xidmətinin 5-ci tağımın əməkdaşları keçmiş "Komsomol dairəsi" kimi tanınan ərazidə xidmət göstərən zaman "BMW" markalı avtomobil onlara yaxınlaşıb. Avtomobilin sürücüsü nəqliyyat vasitəsində xəstə sərnişinin olduğunu deyərək, polis əməkdaşlarından ona kömək etmələrini xahiş edib.

Yol patrul xidmətinin əməkdaşları dərhal avtomobildə infarkt keçirmiş 1956-cı il təvəllüdlü Ağayev Tofiq Heybətulla oğlunu xidməti avtomobillə 3 saylı Şəhər Kliniki Xəstəxanasının Terapiya şöbəsinə çatdırıblar.

Xəstəyə həkimlər tərəfindən tibbi yardım göstərilib və bununla da onun həyatı üçün yaranmış təhlükə aradan qaldırılıb.
 
Report
BAKU.WS