SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda körpə beşmərtəbəli binadan yıxılıb.

BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 2 yaşlı İsmayılzadə Yusif Seymur oğlu Cəmşid Naxçıvanski küçəsi 35 ünvanında yerləşən beşmərtəbəli binanın 2-ci mərtəbəsinin eyvanının pəncərəsindən yerə yıxılıb. Nəticədə körpə kəllə-beyin travması alıb.
 
O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Həkimlər Y.İsmayılzadənin vəziyyətini orta-ağır kimi qiymətləndirir.
 
BAKU.WS