055 213 76 73
Bakı şəhərində qətl törədilib.
BAKU.WS xəbər verir ki, Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 9-cu mikrorayonda qeydə alınıb.
Rayon sakini Əli Ramazan oğlu Əliyev qardaşı Muradı bıçaqlayaraq qətlə yetirib.
Ə. Əliyev hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qardaşı tərəfindən öldürülən şəxsin polis əməkdaşı olduğu məlum olub.
Öldürülən Murad Əliyev Çevik Polis Alayının Nəsimi rayon bölməsinin əməkdaşıdır. O polis serjantı rütbəsi daşıyıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
BAKU.WS