SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gecə Bakı-Sumqayıt yolunda dəhşətli qəza baş verib.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 20-cı km-də "Qazel” markalı yük avtomobili ilə "Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
 
Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, "Qazel” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1971-ci il təvəllüdlü İsmixanov Etibar Rizvan oğlunun və 1999-cu il təvəllüdlü İsmixanov Araz Etibar oğlunun cəsədlərini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
 
BAKU.WS