VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün günorta saatlarında Neftçala rayonunun Yeniqışlaq kəndində Baş Mil-Muğan kollektorunun dənizə tökülən hissəsində çimən 28 yaşlı gənc boğulub.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, rayonun Mirqurbanlı kənd sakini Təbriz Havasət oğlu Bağırov ata-anası ilə birlikdə həmin ərazidə istirahət edərkən çimmək qərarına gəlib. Bu zaman mənsəbdə yaranmış burulğana düşən gənc  valideynlərinin gözü qarşısında batıb.

Artıq suda boğulmuş  gəncin cəsədi FHN-ın dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, suda boğulan Təbriz Bağırov "Salyan Oil”də işləyirmiş. Belə ki, atası Havasət Bağırov uzun illər çalışdığı "Salyan Oil” əməliyyat şirkətindəki operator işindən 2 il əvvəl penisiyaya çıxandan sonra oğlu onun yerinə işə qəbul olunubmuş...
 
BAKU.WS