SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün axşam saatlarında Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli avtomobil qəzası barədə "Report" bəzi detallar əldə edib.
 
BAKU.WS xəbər verir ki, "Report"un hadisə yerində olan müxbirinin sözlərinə görə, biri Mercedes Galendevagen olmaqla iki maşın prospektdə ötüşüblər. Bu zaman Galendevagen yolu keçmək istəyən piyadanı vurub. Bundan sonra idarəetməni itirən maşın aşıb.

Onunla ötüşən digər maşın isə hadisə yerindən qaçıb.

Hadisə nəticəsində ölən və yaralananlar var.