Bakıda yol qəzası baş verib. 

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda, Binə Atçılıq Mərkəzinin yaxınlığında qeydə alınıb.
 
Belə ki, naməlum avtomobil 90 ON 081 dövlət qeydiyyat nişanlı "Hyundai" markal minik maşınını vuraraq hadisə yerindən uzaqlaşıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb. 

Yolda böyük tıxac yaranıb.  

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS