VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Suriyada  və digər ərəb ölkələrində qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Rövşən Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Quba rayonunda anadan olan Rövşən Qədirov İstanbulda yaşayıb: "Orada Türkiyə vətəndaşı ilə ailə həyatı qurmuşam. 3 azyaşlı uşağım var".
 
Hakim bildirib ki, rəsmi nikahla bağlı arayış işdə yoxdur. Təqsirləndirilən şəxs Bakıya rəsmi nikahla düşmək üçün qayıtdığını deyib.
 
Rövşən Qədirov qeyd edib ki, Suriyada və ərəb ölkələrində olub: "Mən həmin ölkələrə getmişəm. Lakin heç bir silahlı əməliyyatda iştirak etməmişəm. Məqsədim humanitar yardımla bağlı olub. Həmin ölkələrdə olan müxtəlif xalqların nümayəndələrinə yardım eləmişik".
 
Məhkəmə baxışı avqustun 9-a təyin edilib. 
 
Qeyd edək ki, Rövşən Qədirov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Ona müxtəlif ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etməklə bağlı ittiham verilib.
 
BAKU.WS