Bakıda 2-ci dəfə evlənən kişi birinci həyat yoldaşının qohumları tərəfindən döyülüb.

BAKU.WS-ın report-a istinadən verdiyi məlumata görə, kütləvi dava Sabunçu rayonunda baş verib.

Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə qohumlar arasında kütləvi dava düşüb. Hüquq-mühafizə orqanı əməkdaşlarının verdiyi məlumata görə, dava 32 yaşlı Quliyev Ruslan Faiq oğlunun ikinci dəfə evlənməsi səbəbindən baş verib.
 
R.Quliyevin birinci həyat yoldaşı 31 yaşlı Qənbərova Aygün ərinin bu əməlindən xəbər tutandan sonra qohumları ilə birgə R.Quliyevin yaşadığı qayınanasının evinə gəlib və hər iki tərəf arasında dava düşüb.
 
R.Quliyev döyülərək ağır xəsarət alıb. Bundan başqa A.Qənbərovada qayınanası tərəfindən döyülüb. Hər iki şəxs müxtəlif bədən xəsarətləri alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, R.Quliyev birinci həyat yoldaşından ayrı yaşayıb. O, ikinci dəfə tanış olduğu xanımla nişanlanıb.
 
BAKU.WS