SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
İtkin düşmüş Biləsuvar rayon sakini tapılıb.
 
 
BAKU.WS xəbər verir ki, yaxınlarının Report-un Aran bürosuna verdiyi məlumata görə, rayonun Xırmandalı kənd sakini 19 yaşlı Zeynalzadə İlahə İqbal qızı bu gün evlərinə zəng edərək Bakı şəhərində olduğunu bildirib.

O, bu il iyulun 25-də evdən çıxıb və geri qayıtmayıb.

İ.Zeynalzadə evdən çıxarkən yaşyarımlıq körpəsini və sənədlərini də aparıb.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi də axtarış aparıb.