Müğənni Rəqsanə İsmayılovanı sosial şəbəkədə hədələyərək 30 min manat pulunu istəyiblər.

BAKU.WS-in məlumatına görə, özünü "vorzakon” kimi təqdim edən şəxs sosial şəbəkədə ona yazaraq, hədə-qorxu gəlib. Bu barədə müğənni özü İnstaqram hesabında məlumat verib.

"Hansısa "razborşik”dir, bütün müğənnilərdən pul tələb edir. Məndən də 30 min manat istəyir. Verməsəm, yaxud polisə müraciət etsəm, məni yatdığım yerdən götürəcəklər. Baxın, görün nə qədər qudurmuş, harınlamış insanlar var. Utanıb yerə girmirlər. Ən azından hörmət qazanan yaxşı oğlanların adını bunlar batırır.
Qadına yazır ki, pul ver, biabırçılıqdır. Belə insanlara nə etmək lazımdır? Polisdən qorxan belə alçaqlıq edər? Nə deyim, müğənnilər elə sizin üçün qazanırmış... Yaxşı oğlansan, canın çıxsın, get qazan.

Azərbaycan dövlətində özbaşınalıq yoxdur. Sənin kimi onun-bunun qazancını tələb edənlər həbsxanada oturur. Əziz müğənnilər, kimə belə yazı gəlibsə, payını versin. Şükür ki, qanuni ölkədə yaşayırıq. Allah vurmuşdu səni... Ləqəbə bax hələ, "Qədeş”...”
 
İman
BAKU.WS