VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda gənc qız zorla avtomobilə mindirilərək qaçırılıb.
 
BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, hadisə dünən Lökbatan qəsəbəsi ərazisindəki "Sədərək” ticarət mərkəzində baş verib. Bir neçə nəfər 1990-cı il təvəllüdlü Mirzəyev Gülbəniz Qafar qızı avtobus dayanacağında olarkən avtomobillə sürətlə yaxınlaşıb və onu zorla maşına mindirərək aparıblar.
 
Avtomobil Salyan rayonu ərazisində olarkən qarşıda polis postunun olduğunu görən qız sürücüyə hücum edərək sükanı onun əlindən almağa çalışıb və bu zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Yol polisi əməkdaşları avtomobilin şübhəli olmasını müəyyən edən kimi onları saxlayıblar və zorla qaçırılan qızı xilas ediblər.
 
Qızı Saatlı rayonun aparmaq istəyən 1993-cü il təvəllüdlü Məmmədov Ceyhun Rüstəm oğlu və daha bir nəfər tutularaq Qaradağ rayon Polis İdarəsinə təhvil verilib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 29.144-cü (adam oğurluğuna cəhd) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.
 
BAKU.WS