SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Masallı rayonundan Lənkəran rayonuna istirahətə gələn üç gənc zəhərlənib.
 
BAKU.WS-in ARB TV-ə istinadən verdiyi məlumata görə, hadisə Lənkəran rayonunun Liman şəhərindəki Nərimanabad qəsəbəsində qeydə alınıb.
 
Masallı rayonu, Həsənli kənd sakinləri, 1988-ci il təvəllüdlü Samir Hüseyn oğlu Abbasov, 1986-ci il təvəllüdlü Elşən Ədalət oğlu Hüseynov, 1988-ci il təvəllüdlü Fərid Sədrəddin oğlu Məhərrəmov Lənkərana çimərliyə gəliblər. Onlar yolda marketlərin birindən kolbasa alıblar. Məhz həmin ət məhsulunu yedikdən sonra gənclər özlərini yaxşı hiss etməyiblər və yol-patrul xidməti əməkdaşlarının köməyi ilə onlar qida zəhərlənməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 
Xəstəxanadan verilən məlumata görə, zəhərlənən şəxslərin birinin vəziyyəti ağırdır, digərlərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Hazırda onların müalicəsi Lənkəran RMX-nin İnfeksion xəstəliklər şöbəsində davam etdirilir. 
Avtomobillə Ələt-Astara yolunda hərəkət edən gənclərin həyatını isə yol polis idarəsinin yol patrul xidməti alayının 11-ci tağımının əməkdaşları xilas ediblər.
 
BAKU.WS