VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Göygöldə 23 yaşlı oğlan günvurma nəticəsində ölüb.


BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.


 

Kənddə tikintidə çalışan Tərtər rayon Sarov kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Orxan Turan oğlu günün altında işlədikdən sonra halı pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
 
İlkin məlumata görə, O. Əliyev günvurmadan dünyasını dəyişib. Ölümün dəqiq səbəbi müayinədən sonra məlum olacaq.
 
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

 

BAKU.WS