Hacıqabulda 5 nəfərin öldürülməsi ilə nəticələnən evə basqın kriminal "razborka”dan qaynaqlanıbmış.

Xəbər verdiyimiz kimi, bu gecə Hacıqabul rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, B.İbrahimov küçəsindəki evlərdən birinə soxulan silahlı şəxs evdə olan ailə üzvlərinə odlu silahdan atəş açıb. Hadisə nəticəsində evin xanımı - 59 yaşlı Almara Qəmbərova, onun qardaşı Namiq, qardaşı oğlu Nazim, qızları Gülbağda aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər.

Evin sahibi Məhəmməd Qəmbərov isə ağır güllə yaraları ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Saytımızın əldə etdiyi təsdiqlənməmiş məlumata görə, hadisə ailənin Moskva şəhərində ticarətlə və idmanla məşğul olan "Moskva Natiq” ləqəbli oğru ilə uzun illər məhkumluq həyatı yaşamış Hacıqabul rayon sakini Mübariz Mehdiyevlə aralarında uzun müddətdir ki, yaşanan münaqişə nəticəsində baş verib.

Hadisə vaxtı Natiq Qəmbərov Azərbaycanda olsa da, Hacıqabuldakı evlərində olmadığından, xəsarət almayıb. Hadisəni törətmiş Mübariz Mehdiyev isə əlində olan odlu silahdan özünə atəş açaraq intihar edib.

Faktla bağlı hüquq-muhafizə orqanlarında araşdırmalara başlanılıb.