VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ağstafa rayonunda qətl hadisəsi baş verib. 

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata göra, hadisə rayonun Qırlı kəndində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Arzu Namazov  ailə münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci il təvəllüdlü Xəyalə Şahbazovanı  bıçaqlayaraq qətlə yetirib. A. Namazov polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, ailənin iki övladı var.
 
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.