SİZİN REKLAM BURADA!
055 213 76 73



İyulun 28-ə keçən gecə Kazan-Bakı reysində problem yaşanıb.

BAKU.WS xəbər verir ki, Kazandan Bakıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsi Kazan hava limanından qalxarkən ikinci pilotun üzərinə lazer işığı salınması ilə bağlı Trend-ə açıqlama verən AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski xəbəri təsdiqləyib.

P.Kəsəmənski bildirib ki, təyyarə uçuş-enmə zolağında havaya qalxmağa hazırlaşarkən naməlum şəxs tərəfindən ikinci pilotun gözünə lazer işığı salınıb. Onun sözlərinə görə, təyyarə ekipajı tərəfindən hadisə ilə bağlı dərhal dispetçer məntəqəsinə xəbər verilib: "Təyyarə problemsiz uçuş həyata keçirərək Bakıda hava limanına eniş edib".

Mətbuat katibi qeyd edib ki, təyyarədə 166 sərnişin və 9 ekipaj üzvü olub, heç kim xəsarət almayıb.
 
BAKU.WS