SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Hazırda kriminal aləmdə "qanuni oğru” statusu olan 432 nəfərdən 312 nəfəri azadlıqdadır. 120 nəfər həbsdə, 28 nəfər istintaq altında, 15 nəfər isə axtarışdadır.

BAKU.WS-in cebhe.info-ya istinadən verdiyi məlumata görə, axtarışda olan "qanuni oğru"lar arasında azərbaycanlılar da var.

Bunlar Əmirov Rafet Əlirza oğludur. Kriminal aləmdə Rafet Əli-Bayramlinski kimi tanınır. 1979-cu il təvəllüdlüdür, 2014-cü ildə "taclandırılıb". Bəzi məlumatlara görə, 1 il sonra statusu geri alınıb. Ancaq bu məlumatı özü inkar edir.

Axtarışda olduğu deyilən digər azərbaycanlı "qanuni oğru" Əliyev Yusif Nurəddin oğludur. Ləqəbi Yusif Şamxorskidir.

1971-ci ildə Şəmkirdə doğulub.2008-ci ildə Moskvada status alıb. Axtarışdakı üçüncü "qanuni oğru" İsmayılov Rəşad Məmməd oğludur. 1978-ci ildə Gəncədə doğulub və  2013-cü ildə Moskvada "taclandırılıb".

Qeyd edək ki, hazırda axtarışda olan 15 "qanuni oğru" arasında Bakı ermənisi də var. Bu, Artur Qəribyandır. 1974-cü ildə Bakıda doğulan "oğru" 2001-ci ildən status alıb.