VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Gün ərzində Xəzərdə batmaq təhlükəsində olan 8 nəfər xilas edilib.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə gün ərzində Sabunçu rayonunda 4, Xəzər rayonunda 2, Abşeron rayonunda 1, Sumqayıt şəhəri, Corat qəsəbəsində 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Həmin şəxslər hadisə yerinə cəlb edilmiş dalğıc-xilasedicilər tərəfindən xilas edilib.
 
BAKU.WS