SİZİN REKLAM BURADA!
055 213 76 73


 
2017-cı ilin I yarımilliyi ərzində Azərbaycan ərazisində 5368 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 251 hadisə və ya 5 faiz çoxdur.

Fövqəladə Hallar Naziriliyninh mətbuat xidməti xəbər verir ki, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 161 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 67 nəfər xilas edilib, 649 nəfər təxliyə olunub.

Yanğın hadisələri zamanı 35 nəfər həlak olub, 98 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 17 nəfər və ya 94 faiz, xəsarət alanlar üzrə 41 nəfər və ya 72 faiz çoxdur.
 
BAKU.WS