SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Dünən Sumqayıt şəhərində kişi baldızı tərəfindən qətlə yetirilib.


BAKU.WS
-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıtda yaşayan Almurad Babayev evində baldızı Rəbiyyə Sultanova tərəfindən bıçaqlanıb.


Ölümcül bıçaq zərbəsi alan Almurad Babayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin həkimlər xəstəxanaya yerləşdirilmiş kişini xilas edə bilməyiblər.


Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Sultanova tutulub.
Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS