SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün saat 16.05 radələrində "BakuBus”a məxsus 2 nömrəli xətt üzrə hərəkət edən avtobusda təxminən 5-6 yaşlarında oğlan uşağı tapılıb.

BAKU.WS-in məlumatına görə, dərhal aidiyyatı orqanlara, həmçinin "BakuBus”a məxsus digər avtobus sürücülərinə və xətt dispetçerlərinə uşağın valideynlərinin tapılması istiqamətində "BakuBus” tərəfindən məlumat ötürülüb.

Təxminən 16.50 radələrində uşağın nənəsi "BakuBus”a məxsus 1 nömrəli avtobusun "28 May” metro stansiyası dayanacağında aşkar edilib və uşaq öz yaxınlarına təhvil verilib.
 
BAKU.WS