VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
İyunun 22-də Bakıda ailə məktəbə qəbul imtahanı verdikdən sonra naməlum şəraitdə itkin düşən Neftçala sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu tapılıb.
 
İyulun 24-sə səhər saatlarında bibisi tərəfindən rayona yola salınan və daha sonra barəsində məlumat almaq mümkün olmayan gənc paytaxtın Nəsimi rayonu ərazisində tapılıb. O, gecə saatlarında Neftçalada ailəsinə təhvil verilib.
 
BAKU.WS-in məlumatına görə, 17 yaşlı İbrahimin atası Yaşar Əliyev Lent.az-a bildirib ki, oğlu qəbul imtahanında sualları yaxşı cavablandıra bilməyib və bu səbəbdən sarsıntı keçirib və imtahanı yarımçıq tərk edib:
 
"Görünür buna görə sıxıntı keçirib. Bizə əvvəlcə onu rayon ərazisində gördüklərini demişdilər. Yəqin yenidən Bakıya qayıtmaq qərarına gəlib. Dünən gecə Nəsimi rayonu ərazisində digər oğlumun dostları İbrahimi tapıblar".
 
Xatırladaq ki, iyulun 22-də Bakıda ali məktəbə qəbul imtahanı verən Neftçala rayon sakini, 2000 ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu itkin düşmüşdü. 1 ci qrupa imtahan verən gənc daha 2 gün bibisinin evində qalandan sonra səhər təxminən saat 07:15 də taksi ilə Neftçalaya yola düşmüşdü. Lakin daha sonra ondan xəbər almaq mümkün olmamışdı.
 
BAKU.WS