Milli Təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Hilal Əsədovla bağlı yayılan məlumatlara nazirlik tərəfindən açıqlama verilib.

BAKU.WS xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Hilal Əsədovun vəzifəsindən azad olunaması ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur.

"Hilal Əsədov barədə yayılan bütün xəbərlər cəfəngiyatdır. O, hazırda Milli Təhlükəsizlik Nazirliyində iş başındadır. Mətbuatda onun işdən azad olunması ilə bağlı yayılan xəbərlər dezinformasiyadır”. - deyə nazirliyin açıqlamasında bildirilir.

Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad olunduqdan sonra mətbuatda Hilal Əsədov barədə dəqiqləşdirilməmiş məlumatlar yayılıb. 

Ötən gün Baş Prokurorluğun yaydığı məlumatda MTN-nin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində həbs edildiyi bildirilirdi.

Həmin adamların adları açıqlanmasa da KİV-lər tutulan MTN əməkdaşlarının əksəriyyətinin general olduğu vurğulanır. MTN mərkəzi aparatının rəhbəri general Fərhad Vahabovun, həmçinin MTN-in Monitorinq Mərkəzinin əməkdaşları general-mayor Natəvan Mürvətovanın və general-mayor Teymur Quliyevin, general Akif Çovdarovun, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin adları hallanır. 

Həbs olunan arasında Hilal Əsədovunda adı olsa da Milli Təhlükəsizlik Nazirliyinin rəsmi açıqlamasından sonra bu məlumatın doğru olmadığı bəlli oldu.

Bütün bu məlumatlar Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad olunmasından sonra ortaya çıxıb. Prezidenti İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.
 
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ