SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Əyyublu kəndi ərazisində "QAZel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
 
Nəticədə avtomobildə olan kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədova Gülnarə və onun 9 yaşlı oğlu Yamin müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin normal olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS