SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

"Gənc jurnalist Rasim Əliyevin qərəzli xuliqanlıq hərəkətləri nəticəsində ağır xəsarət alması və bunun nəticəsində dünyasını dəyişəsi xəbərini çox ağrılı qəbul etdim".
 
BAKU.WS-in məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə öz facebook səhifəsində yazıb. Deputat bildirib ki, hakimiyyətin və müvafiq olaraq hüquq-mühafizə orqanlarının məsələyə sərt münasibəti, təqsirkarların müəyyən edilməsi üçün atılan addımlar və bu istiqamətdə əhalinin mütəmadi məlumatlandırılması Azərbaycanda insan hüquqlarının qorunmasına çox ciddi yanaşılmsının bir daha nümunəsi oldu: "Mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir və onlarla birlikdə kədərlərini bölüşürəm", -deyə millət vəkili söyləyib.
 
Millət vəkili Fazil Mustafa da jurnalistin ölümü ilə bağlı öz fikirlərini bildirib: "Ağır hadisəedir, hüququn yerinə fiziki güclə məsələni çözürlər. Bir statusa görə jurnalsti öldürmək, bir xoşa gəlməyən cavaba görə dostunu, qadının ərini, yaxınlarını, çevrədəki insanları qətlə yetirməyin ənənəyə çevrildiyi bir cəmiyyəyin gəlib çıxdığı real nəticədir. Öldürülən jurnalistin yaxınlarına başsağlığı diləyirəm. Bu hadisə ilə əlaqədar başqa bir neçə detala soyuqqanlı diqqət yetirmeliyik: ölkəni xaricdə temsil edən əksər futbolçular kimi, bu futbolçunun da təhsili ve dünyagörüşü aşağıdı, bunu da yanlış jestlərlə, jurnalistlərin suallarına cavablarla büruzə verir. Kiprli jurnalist soruşur ki, niyə türk bayrağını qaldırdın, cavab verir ki, "türklər menim dostumdur!" "Biz də türkük!" demək nə qədər ciddi hazırlıq tələb edir? Mərhum jurnalistin peşe hazırlığı yeterli deyildi, birbaşa genc futbolçunu əxlaqsız ve tərbiyəsiz adlandırır, halbuki dilin imkanları yeterincədir ki, söyləmək istədiyi ən sərt fikri belə daha medeni üslubda və dolayı formada ifade etsin. Futbolçunun bu hadisəyə qarışan qohumlarının təəssübkeşlik duyğusu da insan heyatına sayğıdan xeyli yuxarıdadır".
 
Millət vəkilinin sözlərinə görə, ən acınacaqlısı ədalətin məhkəmə yolu ilə bərpa olunmasına inamın gündəmdən çıxmasıdır və insanlar öz "qanunları ilə" bir-birini susdurmağa cəhd edirlər: "Qısacası, bu aqressivliyin azalmasını, insanların hüquqa, bir-birinin haqqına hörmət ətməsini istədiyimiz cəmiyyətdə futbolçusu da, jurnalisti də, siyasətçisi də, sahibkarı da, polisi də, müəllimi də, oğrusu da, müğənnisi də lazımi təhsil almalıdır, sağlam dünya görüşünə sahib olmalıdır. Unutmayaq ki, ötən aylarda bir müğənni də apardığı "razborka"nı rahatlıqla videoya qoymuşdu, məmur-sahibkar övladları yol polisi hansı səviyyədə təhqir etmişdi. Hüquq ədalətli şəkildə insanlara toxunmayanda, insanlar bir-birinin hüququna bu kimi aqressiv formalarda toxunacaqlar. Yəni hər kəs öz imtiyazı səviyəsində hüququn üzərinə çıxanda hüququn beli bükülmüş qalacaq. Linç etməklə problem çözülmür, bundan sonrakıları tərbiyələndirmək və hər kəsin ən azı özünə hörmət qazanmaq səviyyəsində tərbiye sahibi olmasına ehtiyac var", - deyə F.Mustafa bildirib.