VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ağstafada canavar qadına hücum edərək ona xəsarət yetirib.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Korxəlfəli kəndində baş verib.
 
Gündüz saatlarında kənddə girən canavar həyətlərin birində qoyunu parçalamaq istəyib.
 
Bunu görən ev sahibəsi, 1968-ci il təvəllüdlü Alıyeva Aidə Abbas qızı canavarı qovmaq istəyib. Bu zaman canavar qadına hücum edərək onun baş və bədən nahiyələrinə xəsarət yetirib.
 
A. Alıyeva dərhal Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
 
BAKU.WS