Hacıqabulda əvvəllər qətl törətmiş şəxs qonşusunu güllələyib.
 
BAKU.WS xəbər verir ki, APA-nın  Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Udulu qəsəbəsində baş verib.
 
Qəsəbə sakini, əvvəllər qətl üstündə (9 il) və digər cinayətlərə görə ümumilikdə 3 dəfə həbsdə olmuş Hacıqabul sakini, 1960-cı il təvəllüdlü Ağayev Mirağa Mirsadıq oğlu qonşusu, 1971-ci il təvəllüdlü Şükürov Məsləhət Abbasəli oğluna ov tüfəngindən atəş açaraq, sağ ayağının baldır nahiyəsindən yaralayıb.
 
M. Şükürov güllə yarası ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Yaralının baldırından 30-a qədər güllə qırması çıxarılıb.
 
Hadisənin baş vermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
 
Zərərçəkmiş şəxsin yaxınlarının sözlərinə görə, insidentə iki qonşu arasında suvarma və torpaq işləri zamanı yaranan münaqişənin səbəb olduğu bildirilsə də, əslində hadisənin baş vermə səbəbi Belarusda işləyən Məsləhət Şükürovun evə dönəndən sonra M. Ağayevə qazandığı puldan haqq verməməsidir.
 
M. Ağayev cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb.
 
Onun saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
 
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
 
BAKU.WS 


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ