SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda gəlinin qayınanası və əri tərəfindən döyülməsi, sonra isə təhqir olunması daha böyük faicə ilə nəticələnə bilərdi.

BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində baş verib.

Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü P.İ qayınanası və əri tərəfindən döyülüb, daha sonra saçı qırxılıb. Əsəbi halda olan gəlin siçan dərmanı içərək intihara cəhd edib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın hazırda reanimasiya şöbəsində müalicə olunur.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS