SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı şəhərində yerləşən dəniz limanında bədbəxt hadisə baş verib.

BAKU.WS lent.az-a istinadən bildirir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xətai rayonu ərazisindəki Quru Yük Limanında doker-mexanizator vəzifəsində çalışan 1991-ci il təvəllüdlü Məmmədyarlı Hilal Səfiyar oğlu idarə etdiyi avtokarın altında qalıb. Belə ki, 26 yaşlı işçi 3,5 tonluq avtokarı sürərkən yük daşıyan texnikanın təkəri dəmir yolu relsinin üstünə çıxıb. Yüklə dolu avtokarın aşacağını görən gənc özünü yerə ataraq xilas olmağa çalışıb. Lakin buna baxmayaraq avtokarın altında qalıb. Ağır vəziyyətdə Respublika Nevrocərrahiyyə xəstəxanasına aparılan Hilal Məmmədyarlının həyatını xilas etmək mümkün olmayıb.

The video could not be loaded, either because the server or network failed or because the format is not supported.
Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS