SİZİN REKLAM BURADA!
055 213 76 73


 

15000 manat dəyərində məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Aynur Məmmədova və Sədaqət Quliyeva tutulublar. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə,  Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 17-də rayon ərazisindəki evlərdən birindən 15000 manat dəyərində məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Aynur Məmmədova və Sədaqət Quliyeva tutulublar.
 
Araşdırma aparılır.

İman
BAKU.WS