SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyədə Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını qəza törədib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Kayseridə baş verib.

Azərbaycan vətəndaşı Rahim Bədəlovun idarə etdiyi 90-JO-998 dövlət nömrə nişanlı TIR markalı yük maşını Türkiyə vətəndaşı Erkan Çetinerin idarə etdiyi 38-ZU-010 nömrə nişanlı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik maşınında olan 4 nəfər - Cenk Yoldaş, Sabri Ocak, Ömer Faruk Beyaz və Ahmet Aslımtürk hadisə yerində ölüb. Ölən şəxslərin hamısının tələbə olduğu bildirilib.  

Xəsarət alan daha iki nəfər isə Kayseri xəstəxanasına yerləşdirilib.
 
BAKU.WS