SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda "Porsche" ilə piyadanın üstündən keçdiyi deyilən 24 yaşlı Əhəd Kərimov atası ilə heç bir əlaqəsi olmadığını deyib. 

Əhəd Kərimov BAKU.WS-ə bildirib ki, atası ilə anası 1994-cü ildə boşanıblar. O, anası ilə yaşadığını və atası ilə münasibətləri soyuq olduğunu deyib: 

"Bu məsələdə mənim atamın heç bir aidiyyatı yoxdur. Atamla anam 20 il əvvəl ayrılıblar. Atamın yanında böyüməmişəm. Məni böyüdən şəxs anam olub. O, maşını isə mən öz halal qazancımla almışam. Özəl şirkətlərin birində işləyirəm. Atam ilə mən 5-6 ildir danışmıram. O, mənim heç ad günümü belə zəng edib təbrik etmir, onun pulu ilə ayaqqabı belə almamışam. O, qədər soyuqdur münasibətimiz. Yəni atama görə arxayanlaşım, harınlayım, belə şey yoxdur".
 
Əhəd Kərimov hadisənin necə baş verməsi ilə bağlı da danışıb: "Mən aeroport yolu ilə yüznən gedirəm, qabaqda da "Mercedes Sprinter” markalı mikroavtobus gedir. "Sprinter"lə məsafə 10 metrdir. Bir anlıq "Sprinter"in qarşısından piyada keçdi. "Sprinter" sol güzgüsü ilə piyadanı vurdu və adam mənim maşınımın altına düşdü. Mən isə saxlaya bilmədim. Bu bir anlıq hadisə idi”. 

Qeyd edək ki, Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.

Tuncay
BAKU.WS