SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda hamilə qadın qaynatası və qaynanası tərəfindən döyülüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Pirşağı qəsəbəsi, 2-ci sovxoz adlanan ərazidə 1991-ci il təvəllüdlü Rəcəbova Mərziyyə Ramazan qızı yaşadığı evdə qohumları ilə mübahisə edib. Nəticədə o qaynatası və qaynanası tərəfindən döyülüb. O bədənindən müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirlib. Həkimlərin verdiyi məlumata görə, M.Rəcəbova hamilə olduğundan xəsarətləri onun qarın nahiyyəsinə dəyib. Buna görədə qadının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
BAKU.WS