VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda iki yük maşını qəzaya uğrayıb. APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində tuneldə baş verib.
 
Baku Steel Company MMC-yə məxsus olan və dəmirlə yüklü "KamAZ” markalı yük maşını tunellə hərəkətdə olarkən qarşıda hərəkət edən benzin daşıyan yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində "KamAZ” deformasiyaya uğrayıb, yedəyindəki qoşqu qopub.
 
Hadisə zamanı xəsarət alan olmasa da, deformasiyaya uğrayan "KamAz” yolun hərəkət hissəsini bağlayıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib. Onlar yolun "Qələbə” və "20 Yanvar” dairələrindən hava limanı istiqamətindəki hissəsində nəqliyyatın hərəkətini dayandırıblar. Nəticədə Alı Mustafayev və Rövşən Cəfərov küçələrində uzun tıxac yaranıb.
 
Qəzaya uğrayan yük maşını qaldırıcı kran vasitəsilə yolun hərəkət hissəsindən götürülüb. Bundan sonra tuneldə avtomobillərin hərəkəti bərpa edilib.
 
Faktla bağlı araşdırma aparılır.

BAKU.WS