VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Milli Təhlükəsizlik Nazirliyinin bu günlərdə həbs edilən 11 əməkdaşı Nərimanov Rayon Polis İdarəsinin (RPİ) istintaq təcridxanasında saxlanılır.

 

BAKU.WS-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən virtualaz.org saytına bildirilib. Verilən məlumata görə, həbs olunan 11 nəfərin hamısı barədə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.


Səbayel Rayon Məhkəməsinin qərarına görə, ittiham və həbs olunan şəxslər Ədliyyə Nazirliyinin Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasına köçürüləcəklər.


MTN-çilər barəsində həbs-qətimkan tədbirini seçən hakimin adı da bəlli olub. Bu şəxs Səbayel Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovdur. R.Əhmədov 2013-cü ildə Prezident Administrasiyası İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyev barəsində də həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar verib.


Həbs edilən şəxslər barədə CM-in 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.


Faktla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir.


Ziya Səccad

BAKU.WS