VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ötən gün Heydər Əliyev prospekti-Hava Limanı yolunda baş vermiş dəhşətli avtoqəzanın videogörüntüləri yayılıb.

BAKU.WS-in məlumatına görə, hava limanı istiqamətində hərkət edən "Daewoo" və "Volkswagen Passat" markalı iki minik avtomobili toqquşub.

Zərbənin təsirindən avtomobillər VAZ 2107 markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də sərnişinlərdən heç biri xəsatər almayıb. Lakin "Daewoo" markalı avtomobildə olan sürücü və sərnişin ölüb.