SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ağstafa rayonunda canavarlar kəndə hücum edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xəlfəli kəndində baş verib. Gecə saatlarında kəndə daxil olan yırtıcılar kənd sakini Camal Vəliyevə məxsus 30 baş xırdabuynuzlu heyvanı parçalayıb.

Camal Vəliyevin bildirib ki, qoyunlardan 15-i ölüb, 14-nə isə yırtıcılar xəsarət yetirib.

Kənd sakinləri bildirib ki, canavarlar kəndə əvvəllər də hücum ediblər.
 
BAKU.WS